Gürcüstanda son 24 saat ərzində koronavirusdan 50 pasiyent vəfat etdi

11:00, 14.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 50 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 371-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 579 halı qeydə alındı, 1 867 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 13 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 359 halı qeydə alındı, 2 726 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.

Oxşar