Gürcüstanda son 24 saat ərzində koronavirusdan 49 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 49 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 279-u təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 128 halı qeydə alındı, 3 310 pasiyent müalicə olunaraq sağaldı.
Bununla yanaşı, 11 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 352 halı qeydə alındı, 2 635 pasiyent müalicə olunaraq sağaldı, 48 pasiyent vəfat etdi.