Gürcüstanda son 24 saat ərzində koronavirusdan 49 pasiyent vəfat etdi

11:12, 10.12.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 49 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 12 631-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 454 halı qeydə alındı,3 334 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 8 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 562 halı qeydə alındı, 4 145 pasiyent müalicə olunaraq sağaldı, 63 pasiyent vəfat etdi.

Oxşar