Gürcüstanda son 24 saat ərzində koronavirusdan 49 pasiyent vəfat etdi

11:01, 18.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 49 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 532-ni təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 914 halı qeydə alındı, 3 316 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 17 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 6 208 halı qeydə alındı, 3 539 pasiyent müalicə olunaraq sağaldı, 47 pasiyent vəfat etdi.

Oxşar