Gürcüstanda son 24 saat ərzində koronavirusdan 48 pasiyent vəfat etdi

11:04, 11.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 48 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 230-u təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 352 halı qeydə alındı, 2 635 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 10 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 697  halı qeydə alındı, 2 713 pasiyent müalicə olunaraq sağaldı, 54 pasiyent vəfat etdi.

Oxşar