Gürcüstanda son 24 saat ərzində koronavirusdan 48 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 48 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 771-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 803 halı qeydə alındı, 5 332 pasiyent müalicə olunaraq sağaldı.
Bununla yanaşı, 21 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 901 halı qeydə alındı, 2 586 pasiyent müalicə olunaraq sağaldı, 74 pasiyent vəfat etdi.