Gürcüstanda son 24 saat ərzində koronavirusdan 47 pasiyent vəfat etdi

11:03, 19.12.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 47 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 13 071-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 195 halı qeydə alındı, 4 319 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 18 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 784 halı qeydə alındı, 2 070 pasiyent müalicə olunaraq sağaldı, 53 pasiyent vəfat etdi.

Oxşar