Gürcüstanda son 24 saat ərzində koronavirusdan 47 pasiyent vəfat etdi

11:11, 12.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 47 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 311-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 596 halı qeydə alındı, 2 946 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 11 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 486 halı qeydə alındı, 2 893 pasiyent müalicə olunaraq sağaldı, 46 pasiyent vəfat etdi.

Oxşar