Gürcüstanda son 24 saat ərzində koronavirusdan 46 pasiyent vəfat etdi

11:10, 05.12.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 46 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 12 344-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 410 halı qeydə alındı, 4 732 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 4 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 950 halı qeydə alındı, 2 014 pasiyent müalicə olunaraq sağaldı, 40 pasiyent vəfat etdi.

Oxşar