Gürcüstanda son 24 saat ərzində koronavirusdan 44 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 44 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 128-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 236 halı qeydə alındı, 3 146 pasiyent müalicə olunaraq sağaldı.
Bununla yanaşı, 8 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 344 halı qeydə alındı, 3 376 pasiyent müalicə olunaraq sağaldı, 30 pasiyent vəfat etdi.