Gürcüstanda son 24 saat ərzində koronavirusdan 44 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 44 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 44 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 060-ı təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 26 320 halı qeydə alındı,9 555 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, bir fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 24 201 halı qeydə alındı, 10 732 pasiyent müalicə olunaraq sağaldı, 36 pasiyent vəfat etdi.