Gürcüstanda son 24 saat ərzində koronavirusdan 43 pasiyent vəfat etdi

10:57, 24.10.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 43 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 9 742-ni təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 436 halı qeydə alındı, 4 483 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 23 oktyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 467 halı qeydə alındı, 1 790 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.

Oxşar