Gürcüstanda son 24 saat ərzində koronavirusdan 42 pasiyent vəfat etdi

11:02, 22.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 42 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 673-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 11 039 halı qeydə alındı, 5 199 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 21 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 8 767 halı qeydə alındı, 5 173 pasiyent müalicə olunaraq sağaldı, 49 pasiyent vəfat etdi.

Oxşar