Gürcüstanda son 24 saat ərzində koronavirusdan 42 pasiyent vəfat etdi

10:52, 23.10.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 42 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 9 699-u təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 467 halı qeydə alındı, 1 790 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar