Gürcüstanda son 24 saat ərzində koronavirusdan 40 pasiyent vəfat etdi

11:51, 04.12.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 40 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 12 298-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 954 halı qeydə alındı, 2 014 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 3 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 100 halı qeydə alındı, 3 397 pasiyent müalicə olunaraq sağaldı, 67 pasiyent vəfat etdi.

Oxşar