Gürcüstanda son 24 saat ərzində koronavirusdan 40 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 40 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 40 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 556-nı təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 15 712 halı qeydə alındı, 21 623 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 12 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 20 326 halı qeydə alındı, 48 468 pasiyent müalicə olunaraq sağaldı, 57 pasiyent vəfat etdi.