Gürcüstanda son 24 saat ərzində koronavirusdan 39 pasiyent vəfat etdi

10:57, 26.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 39 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 813-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 17 530 halı qeydə alındı, 5 087 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 25 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 15 762 halı qeydə alındı, 5 160 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.

Oxşar