Gürcüstanda son 24 saat ərzində koronavirusdan 38 pasiyent vəfat etdi

11:10, 06.02.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 38 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 212-ni təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 19 098 halı qeydə alındı, 17 531 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 5 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 23 134 halı qeydə alındı, 17 594 pasiyent müalicə olunaraq sağaldı, 33 pasiyent vəfat etdi.

Oxşar