Gürcüstanda son 24 saat ərzində koronavirusdan 38 pasiyent vəfat etdi

10:46, 25.09.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 38 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 8 787-ni təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 597 halı qeydə alındı, 1 189 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar