Gürcüstanda son 24 saat ərzində koronavirusdan 37 pasiyent vəfat etdi

10:48, 12.10.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 37 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 9 252-ni təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 774 halı qeydə alındı, 1 623 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar