Gürcüstanda son 24 saat ərzində koronavirusdan 36 pasiyent vəfat etdi

11:20, 12.12.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 36 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 12 731-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 922 halı qeydə alındı, 4 999 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 11 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 642 halı qeydə alındı, 2 234 pasiyent müalicə olunaraq sağaldı, 64 pasiyent vəfat etdi.

Oxşar