Gürcüstanda son 24 saat ərzində koronavirusdan 35 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 35 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 371-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 314 halı qeydə alındı, 4 519 pasiyent müalicə olunaraq sağaldı.
Bununla yanaşı, 14 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 379 halı qeydə alındı, 1 867 pasiyent müalicə olunaraq sağaldı, 50 pasiyent vəfat etdi.