Gürcüstanda son 24 saat ərzində koronavirusdan 34 pasiyent vəfat etdi

11:19, 20.02.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 46 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 856-nı təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 9 400 halı qeydə alındı, 18 770 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 19 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 13 288 halı qeydə alındı, 21 183 pasiyent müalicə olunaraq sağaldı, 51 pasiyent vəfat etdi.

Oxşar