Gürcüstanda son 24 saat ərzində koronavirusdan 33 pasiyent vəfat etdi

11:07, 05.02.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 33 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 15 174-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 23 134 halı qeydə alındı, 17 594 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 4 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 22 263 halı qeydə alındı, 15 575 pasiyent müalicə olunaraq sağaldı, 39 pasiyent vəfat etdi.

Oxşar