Gürcüstanda son 24 saat ərzində koronavirusdan 33 pasiyent vəfat etdi

10:58, 03.10.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 33 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 9 038-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 164 halı qeydə alındı, 2 292 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar