Gürcüstanda son 24 saat ərzində koronavirusdan 31 pasiyent vəfat etdi

11:01, 01.06.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 31 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 804-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 233 halı qeydə alındı, 1 002 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar