Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi

10:57, 18.05.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 499-u təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 562 halı qeydə alındı, 1 490 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar