Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi

11:16, 15.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 425-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 381 halı qeydə alındı, 1 065 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 14 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 567 halı qeydə alındı, 1 661 pasiyent müalicə olunaraq sağaldı, 36 pasiyent vəfat etdi.

Oxşar