Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi

11:05, 16.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə bir az bundan əvvəl yeniləndi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 436-ı təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 359 halı qeydə alındı, 2 726 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 15 avqustda, Gürcüstanda koronavirusa yoluxmanın 4 314 halı qeydə alındı, 4 519  pasiyent müalicə olunaraq sağaldı, 35 pasiyent vəfat etdi.

Oxşar