Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi

11:00, 08.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 084-ü təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 344 halı qeydə alındı, 3 376 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 7 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 216  halı qeydə alındı,1 735 pasiyent müalicə olunaraq sağaldı, 38 pasiyent vəfat etdi.

Oxşar