Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi

11:06, 06.08.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 30 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 6 016-nı təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 780 halı qeydə alındı, 2 052 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 5 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 670 halı qeydə alındı, 2 626 pasiyent müalicə olunaraq sağaldı, 38 pasiyent vəfat etdi.

Oxşar