Gürcüstanda son 24 saat ərzində koronavirusdan 28 pasiyent vəfat etdi

11:13, 08.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 28 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 156-nı təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 622 halı qeydə alındı, 1 126 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 7 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 234 halı qeydə alındı, 1 727 pasiyent müalicə olunaraq sağaldı, 46 pasiyent vəfat etdi.

Oxşar