Gürcüstanda son 24 saat ərzində koronavirusdan 28 pasiyent vəfat etdi

11:20, 23.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 28 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 701-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 9 696 halı qeydə alındı, 5 408 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 22 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 11 039 halı qeydə alındı, 5 199 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.

Oxşar