Gürcüstanda son 24 saat ərzində koronavirusdan 27 pasiyent vəfat etdi

11:04, 31.07.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 27 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 820-ni təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 196 halı qeydə alındı, 1 147 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 30 iyul durumu ilə, Gürcüstanda koronavirusun 2 712 yeni halı aşkar edildi, 1 561 pasiyent müalicə olunaraq sağaldı, 25 pasiyent vəfat etdi.

Oxşar