Gürcüstanda son 24 saat ərzində koronavirusdan 27 pasiyent vəfat etdi

11:05, 27.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 27 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 840-ı təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 17 484 halı qeydə alındı, 3 699 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 26 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 17 530 halı qeydə alındı, 5 087 pasiyent müalicə olunaraq sağaldı, 39 pasiyent vəfat etdi.

Oxşar