Gürcüstanda son 24 saat ərzində koronavirusdan 27 pasiyent vəfat etdi

11:14, 20.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 27 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 582-ni təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 6 351 halı qeydə alındı, 3 043 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 19 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 8 728 halı qeydə alındı, 8 545 pasiyent müalicə olunaraq sağaldı, 43 pasiyent vəfat etdi.

Oxşar