Gürcüstanda son 24 saat ərzində koronavirusdan 26 pasiyent vəfat etdi

10:49, 26.07.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 26 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 714-ü təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 264 halı qeydə alındı, 1 65 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 25 iyul durumu ilə, Gürcüstanda koronavirusun 2061 yeni halı aşkar edildi, 1 654 pasiyent müalicə olunaraq sağaldı, 23 pasiyent vəfat etdi.

Oxşar