Gürcüstanda son 24 saat ərzində koronavirusdan 24 pasiyent vəfat etdi

12:48, 16.01.2022

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 24 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 14 449-u təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 5 504 halı qeydə alındı, 3 304 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 15 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 381 halı qeydə alındı, 1 065 pasiyent müalicə olunaraq sağaldı, 30 pasiyent vəfat etdi.

Oxşar