Gürcüstanda son 24 saat ərzində koronavirusdan 21 pasiyent vəfat etdi

11:09, 02.05.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 21 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 151-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 988 halı qeydə alındı, 1 595 pasiyent müalicə olunaraq sağaldı.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusa yoluxmanın 1 147 halı qeydə alındı, 690 pasiyent müalicə olunaraq sağaldı, 20 pasiyent vəfat etdi.

Oxşar