Gürcüstanda son 24 saat ərzində koronavirusdan 20 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 20 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 751-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 141 halı qeydə alındı, 1 509 pasiyent müalicə olunaraq sağaldı.
Bununla yanaşı, 27 iyul durumu ilə, Gürcüstanda koronavirusun 3 666 yeni halı aşkar edildi, 1 335 pasiyent müalicə olunaraq sağaldı, 17 pasiyent vəfat etdi.