Gürcüstanda son 24 saat ərzində koronavirusdan 18 pasiyent vəfat etdi

10:25, 22.07.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 18 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 636-nı təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 261 halı qeydə alındı, 1 410 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar