Gürcüstanda son 24 saat ərzində koronavirusdan 18 pasiyent vəfat etdi

10:51, 26.04.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 18 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 043-u təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 521 halı qeydə alındı, 1 058 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar