Gürcüstanda son 24 saat ərzində koronavirusdan 17 pasiyent vəfat etdi

11:00, 19.06.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 17 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 148-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 769 halı qeydə alındı, 460 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar