Gürcüstanda son 24 saat ərzində koronavirusdan 17 pasiyent vəfat etdi

11:02, 06.06.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 17 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 910-u təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 504 halı qeydə alındı, 1 201 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar