Gürcüstanda son 24 saat ərzində koronavirusdan 16 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 773-ü təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 360 halı qeydə alındı, 1 195 pasiyent müalicə olunaraq sağaldı.