Gürcüstanda son 24 saat ərzində koronavirusdan 15 pasiyent vəfat etdi

10:50, 25.05.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 15 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 4 654-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 354 halı qeydə alındı, 821 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar