Gürcüstanda son 24 saat ərzində koronavirusdan 13 pasiyent vəfat etdi

11:04, 18.07.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 13 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 551-i təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 1 286 halı qeydə alındı, 1 701 pasiyent müalicə olunaraq sağaldı.

Oxşar