Gürcüstanda son 24 saat ərzində koronavirusdan 12 pasiyent vəfat etdi

11:11, 02.03.2021

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 12 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 3 532-ni təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 461 halı qeydə alındı, 163 pasiyent müalicə onuraq sağaldı.

Oxşar