Gürcüstanda son 24 saat ərzində koronavirus nəticəsində 11 pasiyent dünyasını dəyişdi
Gürcüstanda koronavirus nəticəsində 11 pasiyent dünyasını dəyişdi. Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də bir az bundan əvvəl yayımlandı.
Gürcüstanda koronavirus nəticəsində dünyasını dəyişənlərin ümumi sayı 2 998-i təşkil edir.
Bu gün Kovid-19 -a yoluxmanın 1137 halı qeydə alındı, 1 179 nəfər isə sağaldı.
Xatırladaq ki, Gürcüstanda koronavirus nəticəsində dünən 14 pasiyent dünyasını dəyişmişdi.