Gürcüstanda son 24 saat ərzində 58 xəstə koronavirusdan dünyasını dəyişdi

11:06, 09.09.2021

Gürcüstanda son 24 saat ərzində 58 xəstə koronavirusdan dünyasını dəyişdi. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı  8 035 -dir.

Son 24 saat ərzində “Kovid-19”  2 455  nəfərdə təsdiqləndi, 4 427 şəxs sağaldı.

Oxşar